Kazan sakini İsus Petroviç Xristosa həbs cəzası verilib.
Bizim.Media xəbər verir ki, bu barədə vz.ru saytı yazıb.
Mənbə qeyd edir ki. Kazanın Novo-Savinovski Rayon Məhkəməsi 45 yaşlı yerli sakin İsus Petroviç Xristosu xaricilərin saxta qeydiyyatına görə iki il müddətinə şərti azadlıqdan məhrum etmə cəzasına məhkum edib.
Xristos sahəsi 31,9 kvadrat metr olan mənzilində 45 xarici vətəndaşın saxta qeydiyyatını təşkil edib. Məhkəmənin qərarına əsasən, ona iki il yarım sınaq müddəti təyin olunub.
Bundan əvvəl bu iş Kazanın Moskovski Rayon Məhkəməsində araşdırılırdı, lakin sonradan yurisdiksiya üzrə Novo-Savinovski Rayon Məhkəməsinə ötürülüb.
Məhkəmənin məlumatına görə, ikinci qrup əlil olan şəxs öz günahını tam etiraf edib.
Bundan əvvəl Xristos eyni pozuntulara görə Moskovski Rayon Məhkəməsi tərəfindən də iki dəfə cərimələnmişdi.


Bizim.Media

- A-
- A
- A+
Dünya
13:13 / 04.12.2025
Rusiyada İsus Xristosa cəza verildi - FOTO
Hazırda oxunan: Rusiyada İsus Xristosa cəza verildi - FOTO
Hazırda oxunan: Rusiyada İsus Xristosa cəza verildi - FOTO
583807
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































