“İranda foto çəkdirməyin” - Rusiyadan XƏBƏRDARLIQ

“İranda foto çəkdirməyin” - Rusiyadan XƏBƏRDARLIQ

Hazırda oxunan: “İranda foto çəkdirməyin” - Rusiyadan XƏBƏRDARLIQ

583789

Rusiyanın Tehrandakı səfirliyi İrana səyahət edən rusiyalı turistlərə mühüm xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə səfirlik özünün rəsmi teleqram kanalında bəyanat yayıb.

Bəyanatda rusiyalı vətəndaşlara İranda səfərdə olduqları müddətdə foto və videoçəkilişlərdən çəkinmək tövsiyə olunub.

Diplomatik nümayəndəlik bildirir ki, bu tövsiyə mümkün insidentlərin və ya qəsdən edilə biləcək qanun pozuntularının qarşısını almaq məqsədi daşıyır.

Bəyanatda qeyd olunub ki, turistlərdən yerli qanunvericiliyə ciddi riayət etmələri, diqqətli və sayıq davranmaları tələb edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO