Avropa İttifaqının sabiq xarici siyasət rəhbəri və Avropa Kollecinin rektoru Federika Mogerini saxlanıldıqdan sonra azad edilib.
Belçika polisi onu daha əvvəl dələduzluqda şübhəli bilinərək saxlamışdı.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İtaliyanın AGI agentliyi mənbələrə istinadən yayıb.
Məlumata görə, Mogerini və Aİ diplomatik xidmətinin sabiq baş katibi Stefano Sannino 2 dekabrda Avropa İttifaqının diplomatik xidmətində korrupsiya işi üzrə aparılan istintaq çərçivəsində tutulmuşdu.
Federika Mogerini dekabrın 2-dən 3-nə keçən gecə sərbəst buraxılıb. (Mənbə: TASS)
Bizim.Media






























































































