ICESCO-nun Azərbaycanda regional ofisi təsis ediləcək.
Mədəniyyət Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, bu barədə Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik arasında keçirilən onlayn formatda görüşdə bildirilib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycan sülh naminə səylərinə görə tərifə layiqdir” - ISESCO rəhbəri
Görüş zamanı Azərbaycan və ICESCO arasındakı əməkdaşlığın hazırkı vəziyyəti və gələcək perspektivləri barəsində fikir mübadiləsi aparılıb.
Eyni zamanda, Mədəniyyət Nazirliyinin mədəniyyətlərarası dialoq istiqamətində olan təşəbbüsləri, xüsusilə “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası çərçivəsində görülən işlərə dair qarşı tərəfə məlumat verilib və ICESCO-nun bu kampaniyaya göstərdiyi dəstəyə görə minnətdarlıq ifadə edilib.
Bizim.Media