Fransada hüquq-mühafizə orqanları 16 yaşlı 2 yeniyetməni saxlayıb. Onlardan birinin millliyyətcə çeçen olan Rusiya vətəndaşı olduğu deyilir. Bununla da mümkün terror aktının qarşısı alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Fransa prokurorluğu yayıb.
Mənbə qeyd edir ki, yeniyetmələr İŞİD ideologiyasının təsiri altında İsrail obyektlərinə hücum hazırlamaqda, həmçinin yəhudilərə qarşı hücumlar planlaşdırmaqda şübhəli bilinirlər.
Fransız KİV-lərinin yazdığına görə, saxlanılma ötən həftə baş verib və bazar günü hər iki yeniyetməyə rəsmi ittiham irəli sürülüb.
Onlardan biri anası ilə birlikdə Strasburqda yaşayır və istintaqın məlumatına əsasən, əlində bıçaqla şəkil çəkərək 5 gün ərzində yəhudiləri öldürəcəyi barədə hədə mesajı paylaşıb. Mesajda sinaqoqu mümkün hədəf kimi göstərib.
Hesab edilir ki, o, Paris ətrafında yaşayan ikinci yeniyetmə ilə əlaqə qurub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:00 / 02.12.2025
Çeçenlər yəhudiləri öldürmək üçün Fransaya gəlib? – Terrorun qarşısı alındı
Hazırda oxunan: Çeçenlər yəhudiləri öldürmək üçün Fransaya gəlib? – Terrorun qarşısı alındı
Hazırda oxunan: Çeçenlər yəhudiləri öldürmək üçün Fransaya gəlib? – Terrorun qarşısı alındı
583419
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































