Adolf Hitler adını DƏYİŞDİ

Adolf Hitler adını DƏYİŞDİ

Hazırda oxunan: Adolf Hitler adını DƏYİŞDİ

582853

Namibiya siyasətçisi Adolf Hitler Uunona Ompundja dairəsində keçirilən regional seçkilərdə qalib gəldikdən sonra adını dəyişdiyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, siyasətçi bu barədə "The Namibian"a müsahibəsində deyib.
 

O, valideynlərinin “tarixi əhəmiyyətini” anlamadan ona bu cür ad qoyduğunu iddia edib və bildirib ki, həmişə nasist ideologiyasından qəti şəkildə uzaq olub.


"Mənim adım Adolf Hitler deyil. Adım Adolf Uunonadır" – deyə siyasətçi vurğulayıb.

Qeyd edək ki, Uunona Cənub-Qərbi Afrika Xalq Təşkilatı (SWAPO) partiyasından namizədliyini irəli sürüb və Ompundja seçki dairəsinin məclis üzvlüyünü qazanıb. Onun doğum adı keçmişdə ona mane olmayıb. Belə ki, o, ilk dəfə 2004-cü ildə bu vəzifədə qalib gəlib, 2015 və 2020-ci illərdə yenidən seçilib. İndi o, qeydiyyat sənədlərini dəyişdirmək üçün müraciət edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO