Ərdoğan Ankarada Roma Papasını belə qarşıladı - VİDEO

Ərdoğan Ankarada Roma Papasını belə qarşıladı - VİDEO

Hazırda oxunan: Ərdoğan Ankarada Roma Papasını belə qarşıladı - VİDEO

582708

Ankarada Prezident İqamətgahında Rəcəb Tayyib Ərdoğan Roma Papasını qarşılayıb. Sonra hər iki tərəf arasında rəsmi görüş başlayıb. Görüşün detalları hələ açıqlanmır.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

Qeyd edək ki, Roma Papası XIV Leonun Türkiyə səfəri Ankarada Atatürkün məzarının ziyarəti ilə başlayıb.

Pontif Atatürkün məzarına çələng qoyub və Anıtkabirdə Yaddaş Kitabına qeyd edib.

“Türkiyəyə səfər etmək fürsəti verdiyi üçün Allaha təşəkkür edirəm və bu ölkə və onun xalqı üçün sülh və rifah diləyirəm”, – deyə Leo yazıb.

Səfər çərçivəsində Papa İznikdə Birinci Nikeya Konsiliyanın 1700 illiyinə həsr olunmuş ibadətdə iştirak edəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO