Rəsmi Moskva ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun nə gətirəcəyindən asılı olaraq onunla işləyəcəyini bildirib.
Bizim.Media “İnterfaks”a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
“Bu mövzuda lazım olan bütün məlumatlar dünən prezidentin köməkçisi və prezidentin mətbuat katibi tərəfindən verilib. Cənab Uitkoffun Moskvaya bu ilk səfəri deyil. Nə ilə gələcəksə, onunla da işləyəcəyik”, — deyə Ryabkov jurnalistlərin ABŞ prezidenti Donald Trampın planının yenilənmiş variantını gətirib-gətirməyəcəyi ilə bağlı sualını cavablandırıb.
O qeyd edib ki, Moskvanın hələlik Cenevrədəki müzakirələrin nəticələri və baş verənlərdə Aİ ətrafında birləşən destruktiv qüvvələrin rolunun nə olduğu barədə tam aydınlığı yoxdur.
“Buna görə də gözləyək. Nə gətirəcəksə, onunla da işləyəcəyik”, — nazir müavini əlavə edib.
Ryabkov, həmçinin jurnalistlərin Uitkoffun Moskva səfərinin qüvvədə qalıb-qalmaması ilə bağlı sualına belə cavab verib: “Bunu şübhə altına almağa əsasım yoxdur.”
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:48 / 27.11.2025
Rusiya XİN Uitkoffun səfəri barədə: “Gətirəcəyi sənədlə işləyəcəyik”
Hazırda oxunan: Rusiya XİN Uitkoffun səfəri barədə: “Gətirəcəyi sənədlə işləyəcəyik”
Hazırda oxunan: Rusiya XİN Uitkoffun səfəri barədə: “Gətirəcəyi sənədlə işləyəcəyik”
582644
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































