İranın Kiş şəhərində keçirilən “Kiş İnox” sərgisindən paylaşılan görüntülər sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Bizim.Media “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, həmin kadrlarda humanoid robotları xatırladan fiqurların hərəkət etməsi izləyiciləri çaşdırsa da, araşdırmalar göstərib ki, görüntülərdəki “robotlar” heç də süni intellekt məhsulu deyil.
Belə ki, həmin fiqurlar, xüsusi makiyaj və mexaniki yeriş texnikaları ilə robotları təqlid edən real insanlardır.
İzləyicilər videonu diqqətlə analiz edərkən üzdəki sızanaqlar, dəri teksturası və jestlərdəki müəyyən insan detalları “robot sirrini” açıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:57 / 25.11.2025
İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO
Hazırda oxunan: İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO
Hazırda oxunan: İranda bu fırıldağın üstü AÇILDI: Robotlar insan imiş – VİDEO
582243
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































