İsrail yenidən Qəzzaya ZƏRBƏ ENDİRDİ

İsrail yenidən Qəzzaya ZƏRBƏ ENDİRDİ

Hazırda oxunan: İsrail yenidən Qəzzaya ZƏRBƏ ENDİRDİ

582024

İsrail ordusu şənbə günü Qəzza sektorunda HƏMAS mövqelərinə zərbələr endirib.
 

Bu, 10 oktyabr tarixindən qüvvədə olan atəşkəs üçün növbəti sınaq hesab olunur. Netanyahunun ofisi beş yüksək rütbəli HƏMAS üzvünün zərərsizləşdirildiyini bildirib.


Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Qəzza Təcili Tibbi Yardım Xidməti yayıb.

Mənbə 24 nəfərin həlak olduğunu, 54 nəfərin yaralandığını qeyd edib. Onların arasında uşaqlar da var.

Gərginliyin artması BMT Təhlükəsizlik Şurasının Qəzzanın idarə olunmasına dair ABŞ planını təsdiqləməsi fonunda baş verib.
 

Bu plana Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin yerləşdirilməsi, Donald Trampın nəzarətində keçid administrasiyasının yaradılması və müstəqil Fələstin dövlətinə aparan mümkün yol daxildir.


Həftənin əvvəlində də İsrailin 12 saatlıq hava zərbələri nəticəsində 33 fələstinli həlak olmuşdu. Onların əksəriyyəti qadınlar və uşaqlar idi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO