Trampın sərvəti sentyabr ayından bəri 1,1 milyard dollar azalıb

Trampın sərvəti sentyabr ayından bəri 1,1 milyard dollar azalıb

Hazırda oxunan: Trampın sərvəti sentyabr ayından bəri 1,1 milyard dollar azalıb

581917

ABŞ Prezidenti Donald Trampın sərvəti 2025-ci ilin sentyabrından bəri 1,1 milyard dollar azalaraq 6,2 milyard dollara düşüb.

Bizim.Media  xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.

Nəşrin qeyd etdiyinə görə, bu itki əsasən “Trump Media & Technology Group” şirkətinin səhmlərinin ucuzlaşması ilə əlaqədardır. Sentyabr ayında şirkətin bir səhmi təxminən 17 dollara satılırdısa, hazırda onu 10,30 dollara almaq mümkündür.

Amerika lideri “Forbes” milyarderlər siyahısında hazırda 595-ci yeri tutur. Sentyabrın əvvəlində jurnal Trampın sərvətinin 7,3 milyard dollara çatdığını və onun dünyanın ən varlı şəxsləri arasında 201-ci pillədə qərarlaşdığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO