Böyük Britaniyanın paytaxtı Londonda yaşayan Nina Ceyn Patel adlı qadın “Facebook”un (Meta) "Horizon" virtual platformasında avatarının (özünün animasiya edilmiş, kompüterdə yaradılmış versiyası) təcavüzə məruz qaldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, 43 yaşlı Patel istifadəçilərin virtual avatarları ilə vaxt keçirə biləcəyi "metaverse" əsaslı onlayn video oyununda “Meta” tərəfindən təcavüzə məruz qaldığını bildirib.
“Platformaya girdiyim zaman 3 kişi avatar mənə doğru gələrək avatarıma nalayiq şəkildə toxundu. Avatarımın bədəninin yuxarı və aşağı hissələrinə (sinəsi və popuna) toxunaraq skrinşot edirdilər. Təcavüzçülər "istəmirsənmiş kimi davranma" deyirdilər", - deyə Patel vurğulayıb.
Ceyn bu hadisədən sonra, “metaverse” kainatının təcavüzçülər, cinayətkarlar və pedofillər üçün münbit məkan olacağından qorxduğunu bildirib.
Hüquqşünas Nick Brettin sözlərinə görə, “Metaverse” virtual aləmində qadının cinsi təcavüzə məruz qalması cinayət hesab olunmalıdır. “Amma bu məsələlər hələ ki müzakirə olunmur" - deyə o bildirib.
“Meta”nın sözçüsü isə bu məsələ ilə bağlı təkmilləşdirmələrin aparılacağını bildirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:27 / 01.02.2022
"Metaverse"də İLK TƏCAVÜZ - "İstəmirsənmiş kimi davranma..."
Hazırda oxunan: "Metaverse"də İLK TƏCAVÜZ - "İstəmirsənmiş kimi davranma..."
Hazırda oxunan: "Metaverse"də İLK TƏCAVÜZ - "İstəmirsənmiş kimi davranma..."
58178
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.