Gürcüstanın Tbilisi şəhərinin ən hündür yerində - Mtaçminda parkında yerləşən və paytaxtın simvollarından biri olan televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.
Bizim.Media xəbər verir ki, şəhərin mərkəzindən və müxtəlif rayonlardan aydın görünən işıq şousu paytaxtın səmasında xüsusi mənzərə yaradıb.
İşıqlandırma iki ölkə arasında dostluq və tərəfdaşlıq münasibətlərinin simvolik ifadəsi kimi qiymətləndirilir.
Tbilisi televiziya qülləsinin Azərbaycan Bayrağının rəngləri ilə bəzədilməsi sosial şəbəkələrdə geniş rezonans doğurub və bu görüntü yüzlərlə istifadəçi tərəfindən paylaşılıb. (Mənbə: AZƏRTAC)

Bizim.Media

- A-
- A
- A+
Dünya
20:15 / 21.11.2025
Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə İŞIQLANDIRILDI - FOTO
Hazırda oxunan: Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə İŞIQLANDIRILDI - FOTO
Hazırda oxunan: Tbilisidəki televiziya qülləsi Azərbaycan Bayrağının rəngləri ilə İŞIQLANDIRILDI - FOTO
581753
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































