Qətər “ABŞ-ın NATO xaricində əsas müttəfiqi” olacaq

Qətər “ABŞ-ın NATO xaricində əsas müttəfiqi” olacaq

Hazırda oxunan: Qətər “ABŞ-ın NATO xaricində əsas müttəfiqi” olacaq

58150

Bazar ertəsi Ağ Evdə ABŞ prezidenti Co Bayden və Qətər əmiri Təmim bin Həməd Al Tani arasında görüş keçirilib və bu görüşdə Bayden tezliklə Qətərə “NATO xaricində əsas müttəfiq” statusunun veriləcəyinə söz verib.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya golosameriki.com saytında yerləşdirilib.

“Qətər yaxşı dost və bacarıqlı tərəfdaşdır. Münasibətlərimizin əhəmiyyətini vurğulamaq üçün mən Konqresə Qətərin “NATO-dan kənar əsas müttəfiq” kimi təyin edilməsi barədə məlumat verirəm.

Düşünürəm ki, bu, çoxdan edilməli idi”, – Co Bayden Qətər əmiri ilə birgə mətbuat konfransında deyib.

Tani həmçinin ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Alejandro Mayorkas və Müdafiə Naziri Lloyd Ostin ilə ayrı-ayrılıqda görüşlər keçirib. Bildirilir ki, tərəflər müdafiə sahəsində digər məsələlərlə yanaşı, silah təchizatını da müzakirə ediblər.

Qətər həm də mayeləşdirilmiş təbii qazın ən böyük ixracatçısıdır və Ukrayna ilə sərhəddə münaqişənin potensial eskalasiyası nəticəsində Rusiya qazının Avropaya nəqlində fasilə yaranarsa, o, Avropa bazarı qaz çatışmazlığını kompensasiya edə bilər. Reuters belə yazıb.
ABŞ prezidenti ilə danışıqlarda Boeing və Qatar Airways arasında 777X yük təyyarəsinin və yaxın mənzilə uçan 737 MAX laynerinin ilkin sifarişi üçün böyük sövdələşmə də olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO