Çində ay təqvimi ilə yeni il başladı - FOTO

Çində ay təqvimi ilə yeni il başladı - FOTO

Hazırda oxunan: Çində ay təqvimi ilə yeni il başladı - FOTO

58144

Şərq ölkələrinin ay təqvimi ilə bu gün – milad təqvimi ilə fevralın 1-i Yeni ilin ilk günüdür.

Bizim.Media xəbər verir ki, Yeni ilin başlaması Şərqi Asiya ölkələrində, xüsusən də Çində böyük təmtəraqla qeyd olunur. Çində bu hadisə həm də yaz festivalı adlanır.

Çin zodiak sisteminə əsasən, bu il pələng ilidir. Çinlilərin ən əziz bayramı olan yaz festivalı bir çox ənənələri və ayinləri ilə də zəngindir.

Bahar festivalı tarixi, mədəni irsi, həmçinin Çin sivilizasiyasının məğzini özündə ehtiva edir. İnsanlar yeni ilə bir neçə gün əvvəldən hazırlaşır, hədiyyələr alır, bayramın rəmzlərini əks etdirən suvenirlər hazırlayırlar. Evlər, küçə və meydanlar, parklar kağızdan hazırlanmış qırmızı fənərlərlə bəzədilir, qapı və pəncərələr qırmızı rənglə boyadılır. Bayram günü qırmızı geyinmək də növbəti ildə uğurlara yol açır.

COVID-19 pandemiyası səbəbindən üçüncü ildir ki, Çində kütləvi bayram şənlikləri təşkil olunmur. Buna baxmayaraq, əhali bayram əhval-ruhiyyəsindədir.

Yaz festivalı 15 gün davam edir və həmin müddətdə süfrəyə qoyulan hər bir yeməyin öz mənası var. Adətə görə bayram süfrəsində boş yer olmamalıdır. Yeni il süfrəsində əsas xörək Çin düşbərəsidir. Bunun əsas səbəbi odur ki, yeni il gecəsində bıçaqdan istifadə etmək olmaz. Yerli inanca görə, bıçaqdan istifadə edənlər, özü də bilmədən, bıçaqla öz xoşbəxtliyini zədələyə bilərlər.

Düşbərəni isə bıçaqsız yemək olar. Bayram günləri qonaq getmək, böyüklərə baş çəkmək olduqca vacibdir.

Qeyd edək ki, Yaz festivalı ilə əlaqədar ölkədə bir həftə qeyri-iş günləri hesab olunur. Özəl sektorda qeyri-iş günləri 20-30 gün davam edir. Çinlilərin böyük hissəsi bu fürsətdən istifadə edərək ölkə daxilində və xaricə gəzməyə gedirdilər. Amma qeyd etdiyimiz kimi, pandemiya səbəbindən bu il xaricə səfərlər olmayıb, ölkə daxilində isə səyahətlər minimum səviyyədə olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO