1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

Hazırda oxunan: 1 milyon insanın ölümünə səbəb olan virus AKTİVLƏŞDİ – Qazaxıstanda SÜRƏTLƏ YAYILIR

581049

Аstanada mövsümi epidemioloji vəziyyət gərginləşir. 

Bizim.Media Qazaxıstan KİV-ə istinadla xəbər verir ki, bu barədə şəhərin baş dövlət sanitariya həkimi Aygül Şağaltaeva brifinqdə məlumat verib.
 

Onun sözlərinə görə, laborator monitorinq çərçivəsində OРVİ və qrip əlamətləri olan pasiyentlərdən götürülmüş 285 nümunə araşdırılıb. Nəticədə 116 pozitv test aşkarlanıb və onların hamısında A(H3N2) — “Honkonq qripi” virusu müəyyən edilib.


ÜST-ün proqnozuna görə, cari epidemiya mövsümündə üç qrip ştammı aktuallıq təşkil edəcək: A(H1N1), A(H3N2) və B.

Aygül Şağaltaeva bildirib ki, bu ştammlar mövsüm üçün nəzərdə tutulmuş qrip əleyhinə vaksinin tərkibinə daxildir və peyvənd xəstəliyin ağır keçməsinin qarşısını almaqda etibarlı qoruma təmin edir.

Qeyd edək ki, A(H3N2) qrip virusu yüksək yoluxuculuğu, tez mutasiyaya uğraması və mövsümi epidemiyalara səbəb olmaq xüsusiyyətləri ilə seçilir.

Bu virus ilk dəfə 1968-ci ildə Honkonqda qeydə alınaraq dünya üzrə təxminən 1 milyon insanın ölümünə səbəb olan pandemiya törətmişdi. O vaxtdan etibarən virus hər il dəyişərək dövriyyədə qalır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO