Avropa Komissiyası Ukraynaya ERA kredit xətti çərçivəsində təxminən 6 milyard avro ayrıldığını elan edib.
Bizim.Media xəbər verir ki, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen bu barədə Avropa Parlamentində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Avropa Komissiyasının məqsədi Ukraynada hərbi əməliyyatlar aparan Rusiyanın xərclərini artırmaqdır.
O, həmçinin Avropa Komissiyasının Belçika ilə Rusiya aktivləri hesabına Ukraynanın maliyyələşdirilməsini təmin etmək məsələsini müzakirə etdiyini vurğulayıb.
“Avropa Şurasının növbəti iki il ərzində Ukraynanın maliyyə ehtiyaclarını qarşılamaq öhdəliyini alqışlayıram. Biz bu öhdəliyin yerinə yetirilməsi variantları üzərində Belçika və bütün üzv dövlətlərlə yaxından əməkdaşlıq edirik”, – deyə o bildirib.
Ursula Fon der Lyayen müxtəlif variantların nəzərdən keçirildiyini, lakin Rusiya aktivlərinin bloklanmış vəsaiti hesabına kreditin verilməsinin əsas variant olduğunu vurğulayıb.
Qeyd edək ki, G7 ölkələri tərəfindən Rusiyanın dondurulmuş aktivlərinin yenidən sərmayə edilməsi yolu ilə əldə olunan gəlirlər hesabına formalaşan ERA kredit xəttinin ümumi həcmi 45 milyard avroya çatır.
Bizim.Media

- A-
- A
- A+
Dünya
15:00 / 13.11.2025
Rusiyanın 6 milyard avro pulu Ukraynaya verilir - Avropa Komissiyasının QƏRARI
Hazırda oxunan: Rusiyanın 6 milyard avro pulu Ukraynaya verilir - Avropa Komissiyasının QƏRARI
Hazırda oxunan: Rusiyanın 6 milyard avro pulu Ukraynaya verilir - Avropa Komissiyasının QƏRARI
580381
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































