ABŞ prezidenti Donald Tramp ölkənin xaricdəki səfirliklərinə artıq çəkisi və ya müəyyən tibbi problemi olan şəxslərə viza verilməməsi barədə göstəriş verib.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, yeni təlimatlara əsasən, bu kateqoriyadan olan immiqrantlar gələcəkdə səhiyyə xərclərinin artmasına səbəb ola bilər.
Siyahıya ürək, tənəffüs, maddələr mübadiləsi, nevroloji və psixi pozğunluqlar, eləcə də yüksək qan təzyiqi və şəkərli diabet kimi xəstəliklər daxildir.
Səhiyyə mütəxəssisləri qərarı tənqid edərək bildiriblər ki, bu, xroniki xəstəliklər üzrə qlobal tendensiyalara ziddir.
Hazırda dünyada əhalinin təxminən 11 faizi diabetdən, 13 faizi isə piylənmədən əziyyət çəkir.
ABŞ-da bu göstəricilər dünya üzrə orta səviyyədən daha yüksəkdir.
Bizim.Media




























































































