Tramp BBC-ni məhkəməyə verir

Tramp BBC-ni məhkəməyə verir

Hazırda oxunan: Tramp BBC-ni məhkəməyə verir

580097

ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın BBC telekanalına qarşı şərəf və ləyaqətin qorunması ilə bağlı məhkəmə iddiası qaldırmaq niyyətində olduğunu açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə prezident "Fox News" telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, kanal çıxışını düzgün təqdim etməyib və belə bir təsir yaradıb ki, guya Tramp ABŞ Konqresinə hücum etməyə çağırırmış, halbuki əslində o, vətəndaş mövqeyini sülh yolu ilə ifadə etmək barədə danışıb.

“Düşünürəm ki, bunu etməliyəm, çünki insanların belə hərəkət etməsinə imkan vermək olmaz. Bu, çox ədalətsiz idi”, - Tramp vurğulayıb.

Qeyd olunur ki, əvvəlcə BBC Panorama proqramının buraxılışında montaj edilmiş kadrlar yayımlanmış və bu, yanlış təsəvvür yaradıb. Skandaldan sonra şirkətin baş direktoru Tim Deyvi və xəbərlər xidmətinin rəhbəri Deborah Terness istefa verib, idarə heyətinin sədri Samir Şan isə səhvə görə ictimai üzrxahlıq edib. Tramp bildirib ki, əgər telekanal mübahisəli buraxılışı silməzsə, məhkəməyə müraciət edəcək. 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO