Britaniya Rusiyanın apardığı hibrid müharibənin artan təhdidinə qarşı fəal mübarizə aparır.
Bizim.Media xəbər verir ki, bubarədə “The Telegraph” məlumat yayıb.
Xüsusilə, Britaniya qoşunları artıq Krallığın Hərbi Hava Qüvvələrinin bir alayını Belçikaya yerləşdirib ki, Rusiyanın strateji infrastruktura yönəlmiş dron hücumlarından müdafiə təmin olunsun. Bu təhdid, həmçinin kibərhücumlar, sabotaj və Avropanı destabilizasiya etmək üçün “gri zona”dan istifadə kimi daha geniş rus strategiyasının bir hissəsidir.
Nəşr yazır ki, Rusiya dronlardan həm mülki, həm də hərbi infrastruktura hücumlar üçün istifadə edir ki, bu da onu daha mürəkkəb və təhlükəli edir.
Məqalədə həmçinin vurğulanır ki, Rusiya dronlardan yalnız hücum üçün deyil, həm də kimyəvi silah yerləşdirmək məqsədilə istifadə edir ki, bu da fəlakətli nəticələrə gətirib çıxara bilər.
Bizim.Media




























































































