Husilərin raket hücumları İsrail prezidentini qorxutmadı - Əbu-Dabiyə səfər davam edəcək

Husilərin raket hücumları İsrail prezidentini qorxutmadı - Əbu-Dabiyə səfər davam edəcək

Hazırda oxunan: Husilərin raket hücumları İsrail prezidentini qorxutmadı - Əbu-Dabiyə səfər davam edəcək

57952

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatının yaraqlılarının Birləşmiş Ərəb Əmirlikləri ərazisinə raket zərbələri endirməsinə baxmayaraq, İsrail prezidenti İçxak Hersoq Əbu-Dabiyə səfərini davam etdirəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə “Anadolu”ya İsrail dövlətinin başçısının mətbuat katibi Eylon Levi məlumat verib.

Levinin sözlərinə görə, İsrail prezidenti Əmirliklərə səfərini dayandırmaq niyyətində deyil. 

"Səfərin planlaşdırıldığı kimi davam edəcəyi gözlənilir", - sözçü bildirib.

Eyni zamanda Səudiyyənin SPA agentliyi husilərin BƏƏ-yə hücumundan sonra ərəb koalisiyası qüvvələrinin Yəmənin Əl-Cəvf əyalətində ballistik raket buraxılış qurğusunu məhv etdiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO