Orban Macarıstanın ən populyar qəzetini aldı

Orban Macarıstanın ən populyar qəzetini aldı

Hazırda oxunan: Orban Macarıstanın ən populyar qəzetini aldı

579032

Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi hakim “Fides” partiyasına yaxın hesab edilən Indamedia media qrupu İsveçrənin Ringier şirkətindən Macarıstandakı bir sıra nəşrlərini, o cümlədən ölkənin ən populyar tabloidi Blikk qəzetini satın alıb.

Bizim.Media xəbər verir ki, bu barədə The Guardian nəşri yazıb.
 

Qeyd olunur ki, sövdələşmə gələn ilin aprelində keçiriləcək parlament seçkilərinə hazırlıq fonunda baş tutub və Orbanın hakimiyyəti dövründə ən gərgin seçki yarışı olacağı gözlənilir.


Satınalma hökumətin mediaya təsir imkanlarını genişləndirmək istiqamətində növbəti addım kimi qiymətləndirilir.

Indamedianın məlumatına görə, paketə bir neçə nəşr daxildir. Onların arasında Glamour jurnalı və aylıq auditoriyası təxminən üç milyon nəfər olan Blikk saytı da var.

Blikk qəzetinin baş redaktoru İvan Jolt Nad yeni sahibkarla “qarşılıqlı razılaşma” əsasında vəzifəsini tərk etdiyini bildirib. Onunla birlikdə daha bir yüksək vəzifəli menecer də işdən ayrılıb.
 

Nad xatırladıb ki, o, yeddi ay əvvəl redaksiya siyasətini dəyişmək – sensasiyalara daha az, ictimai əhəmiyyətli mövzulara (siyasət, iqtisadiyyat və mədəniyyət kimi) isə daha çox diqqət yetirmək məqsədilə vəzifəyə dəvət olunmuşdu.


Bu barədə o, Facebook səhifəsində yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO