ABŞ səfirliyi yenidən vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə etdi

ABŞ səfirliyi yenidən vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə etdi

Hazırda oxunan: ABŞ səfirliyi yenidən vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə etdi

57811

ABŞ-ın Kiyevdəki səfirliyi yenidən Amerika vətəndaşlarını Ukrayna ərazisini tərk etməyə çağırıb. 

Bizim.Media RT nəşrinə istinadən xəbər verir ki, bu barədə Amerika səfirliyinin 
“Ukraynadakı təhlükəsizlik vəziyyəti Rusiyanın hərbi əməliyyatlarının artan təhdidləri səbəbindən gözlənilməz olaraq qalır və xəbərdarlıq edilmədən daha da pisləşə bilər.

Ukraynadakı ABŞ vətəndaşları indi kommersiya və ya digər şəxsi avtomobillərdən istifadə edərək oranı tərk etməyi düşünməlidirlər.

Amerika səfirliyi Polşa, Slovakiya, Macarıstan, Rumıniya və Moldovadan keçməklə mümkün təxliyə yollarını təklif edib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti ABŞ-ın Kiyevdəki səfirliyinin bəzi əməkdaşları və onların ailə üzvləri üçün Ukrayna ərazisini könüllü tərk etməyə icazə verib.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Qərb diplomatların təxliyəsi ilə bağlı açıqlamaları ilə Ukrayna ətrafındakı isterikanı qızışdırır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO