Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlandı

Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlandı

Hazırda oxunan: Dünyada ötən sutka koronavirusa yoluxanların sayı açıqlandı

57796

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 2,6 milyon nəfərdən çox olub.

Bizim.Media pandemiyanın onlayn statistikasını aparan “worldometers.info” saytına istinadla xəbər verir ki, ötən sutka ərzində 2 milyon 653 min 676 nəfər yeni koronavirusa yoluxub, 7 min 671 nəfər isə pandemiyanın qurbanı olub.

Bununla da yoluxanların ümumi sayı 372 milyon 924 min 584, ölənlər isə 5 milyon 675 min 413 nəfərə çatıb.

Ötən sutka ərzində virusa ən çox yoluxma halı (332 min 338 nəfər) Fransada və bu xəstəlikdən ölüm faktı (1127 nəfər) isə ABŞ-da qeydə alınıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (75,4 milyon), Hindistan (41 milyon), Braziliya (25,2 milyon), Fransa (18,8 milyon), Böyük Britaniya (16,4 milyon), Rusiya (11,6 milyon) və Türkiyədə (11,4 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb.

ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra - martın 11-də isə koronavirusu pandemiya elan edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO