Yaponiyanın baş naziri Trampın Rusiya qazı ilə bağlı xahişini RƏDD ETDİ

Yaponiyanın baş naziri Trampın Rusiya qazı ilə bağlı xahişini RƏDD ETDİ

Hazırda oxunan: Yaponiyanın baş naziri Trampın Rusiya qazı ilə bağlı xahişini RƏDD ETDİ

577905

Yaponiyanın yeni baş naziri Takoiti Tokioda keçirilən görüş zamanı ABŞ prezidenti Trampa bildirib ki, Rusiyadan mayeləşdirilmiş təbii qazın (MTQ) idxalını qadağan etmək çətin olacaq. 

Bizim.Media xəbər verir ki, bu barədə Reuters Yaponiya hökumətindəki mənbələrə istinadən xəbər verir.
 

Onların sözlərinə görə, Rusiya MTQ-si məsələsi liderlərin 28 oktyabrda keçirilən ikitərəfli görüşü zamanı qaldırılıb və Takoiti Yaponiyanın enerji tələbatının anlaşılmasına nail olmağa çalışıb.


Rusiya tədarükləri Yaponiyanın ümumi maye qaz idxalının təxminən 9 faizini təşkil edir, yapon şirkətləri Mitsui və Mitsubishi isə Rusiyanın Uzaq Şərqindəki “Saxalin-2” MTQ layihəsində paylara malikdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO