Argentinanın şimal-şərqində avtobusun körpüdən dərəyə aşması nəticəsində 9 nəfər ölüb.
Bizim.Media xəbər verir ki, bu barədə "TN" telekanalı məlumat yayıb.
Avtobus əks istiqamətdə hərəkət edən minik avtomobili ilə toqquşub. Qəza nəticəsində sərnişin daşıyan nəqliyyat vasitəsi qoruyucu barmaqlıqdan aşıb və körpüdən dərəyə düşüb.
Səkkiz sərnişin və sürücü hadisə yerində həlak olub, 29 nəfər isə xəstəxanalara çatdırılıb.
Avtobus Obera şəhərindən Misiones əyalətində yerləşən Puerto-İquasu şəhərinə gedirmiş. Qəza zamanı magistral yolda sıx duman olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
22:38 / 26.10.2025
Bu ölkədə avtobus körpüdən aşdı - 9 ölü, 29 yaralı var
Hazırda oxunan: Bu ölkədə avtobus körpüdən aşdı - 9 ölü, 29 yaralı var
Hazırda oxunan: Bu ölkədə avtobus körpüdən aşdı - 9 ölü, 29 yaralı var
577347
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































