Tramp: “Müharibələri dayandırmağı sevirəm”

Tramp: “Müharibələri dayandırmağı sevirəm”

Hazırda oxunan: Tramp: “Müharibələri dayandırmağı sevirəm”

577258

ABŞ prezidenti Donald Tramp “müharibələri dayandırmağı sevdiyini”, lakin bunu “hobbisi” adlandırmadığını bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp Kuala-Lumpurda danışıb.
 

“Tailand və Kamboca liderləri ilə danışdığımız günü heç vaxt unutmayacağam, çünki bu, mənim iştirak etdiyim ilk müharibələrdən biri idi. Və mənə bu işi görmək xoş gəldi. Mən bunu hobbim adlandırmazdım, çünki bu, çox daha ciddi bir şeydir. Amma mən bu işdə yaxşıyam və bunu etməyi sevirəm,” — deyə Ağ Evin sahibi bildirib.


O, bu sözləri Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində səsləndirib.

Sammitdə Tailand və Kamboca münasibətlərə dair birgə bəyannamə imzalayıblar. Tramp bu sənədi “sülh sazişi” adlandırıb.

“Bunu BMT etməlidir, amma etmir,” — deyə o əlavə edib və xatırladıb ki, BMT Baş Assambleyasındakı çıxışı zamanı suflyor (mətn oxuma cihazı) sönüb və eskalatorda da nasazlıq yaranıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO