Avropa Komissiyası “TikTok” və “Meta”nı şəffaflıq tələblərini pozmaqda İTTİHAM ETDİ

Avropa Komissiyası “TikTok” və “Meta”nı şəffaflıq tələblərini pozmaqda İTTİHAM ETDİ

Hazırda oxunan: Avropa Komissiyası “TikTok” və “Meta”nı şəffaflıq tələblərini pozmaqda İTTİHAM ETDİ

577088

Avropa Komissiyasında aparılmış araşdırma nəticəsində “TikTok” və “Meta” şirkətlərinin “Rəqəmsal Xidmətlər Aktı”nın (DSA) şəffaf məlumat əldəetmə ilə bağlı tələblərinə əməl etmədiyi müəyyən edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, “TikTok” və “Meta” tədqiqatçılar üçün məlumatlara şəffaf çıxış imkanı təmin etmir, həmçinin istifadəçilərə qanunsuz məzmun barədə bildiriş göndərmək və moderator qərarlarına etiraz etmək üçün sadə alətlər təqdim etmək öhdəliklərini də pozublar.

Avropa Komissiyasının versiyasına görə, platformalar tədqiqatçılar üçün həddindən artıq mürəkkəb prosedurlar tətbiq ediblər ki, bu da nəzarət imkanlarını məhdudlaşdırır.

İndi “Meta” və “TikTok” ya Avropa Komissiyasına yazılı cavab təqdim etməli, ya da pozuntuları aradan qaldırmaq üçün tədbirlər görməlidirlər. Əks halda, şirkətlər illik qlobal dövriyyələrinin 6 faizinə qədər cərimə ödəməli olacaqlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO