Jirinovskinin Moskvadakı iqamətgahı FANTASTİK QİYMƏTƏ satılır – VİDEO

Jirinovskinin Moskvadakı iqamətgahı FANTASTİK QİYMƏTƏ satılır – VİDEO

Hazırda oxunan: Jirinovskinin Moskvadakı iqamətgahı FANTASTİK QİYMƏTƏ satılır – VİDEO

576814

Rusiyanın paytaxtı Moskvada Rusiya Liberal Demokrat Partiyasının (RLDP) qurucusu Vladimir Jirinovskinin şəxsi evi kimi tanınan iqamətgah satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Mash" "Telegram" kanalı məlumat yayıb.

Qeyd olunur ki, obyekt 800 milyon rubl (16.7 milyon manat) qiymətləndirilib. Lot daşınmaz əmlak saytlarından birində yerləşdirilib.

Kompleks Kuzminki ərazisində yerləşir və 5 min kvadratmetrdən çox sahəni əhatə edir. Obyekt uzun illər Vladimir Jirinovskinin qapalı iqamətgahı hesab edilib: jurnalistlər və kənar şəxslərin bura girişi qadağan edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO