Zelenskidən Putinlə görüş təklifinə cavab:

Zelenskidən Putinlə görüş təklifinə cavab: "Odessada görüşək, dənizdə üzək"

Hazırda oxunan: Zelenskidən Putinlə görüş təklifinə cavab: "Odessada görüşək, dənizdə üzək"

57653

Bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini ölkəsinə səfərə dəvət edib.

Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, Ukrayna liderinin sözgedən təklifə cavabı gecikməyib.
 

MÖVZU İLƏ BAĞLI:

Lavrov Zelenskini Rusiyaya dəvət etdi: “Bu məsələlər müzakirə oluna bilər”


O, Vladimir Putinlə görüşməkdən çəkinmədiyini, lakin S.Lavrovun görüş təklifində məkan olaraq Soçi şəhərinin seçilməsini anlamadığını deyib:

“Məni niyə Soçiyə dəvət edirsiniz? Xizək sürməyə? Biz nədən danışırıq? Ciddi şeylərdən. Yaxşı, onda Odessada görüşək, dənizdə üzək. Mən ciddi dialoqdan danışıram. Çox çağırışlarımız, çox sualımız var. Yaxşı, bütün sualları verməyək, biri olsun. Gəlin tutulan şəxsləri mübadilə edək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO