ABŞ Prezidenti Donald Tramp İran və Pakistan arasında müharibənin qarşısını aldığını iddia edib.
Bizim.Media xəbər verir ki, bu barədə o, brifinq zamanı danışıb.
O vurğulayıb ki, onun fəaliyyəti sayəsində regional münaqişənin qarşısı alınıb. Tramp diplomatik səyləri nəticəsində İran və Pakistan arasında müharibəyə son qoyduğunu deyib və bu nailiyyəti həll etdiyi digər münaqişələr siyahısına əlavə edib:
"Mən bu gün İran və Pakistan arasındakı müharibəni dayandırdım".
Tramp İran və Pakistanın bir-birlərinə atəş açmağa başladığını iddia edib. O qeyd edib ki, onları ABŞ bazarında işlərinə mane olacağı ilə hədələyib və bununlada da 24 saat ərzində müharibəni dayandıra bilib:
"Dedim ki, müharibəyə başlasanız, sizin Amerika bazarına çıxışınızı əngəlləyəcəm. Artıq ABŞ-da bizneslə məşğul ola bilməyəcəksiniz".
Trampın bu açıqlaması birmənalı qarşılanmayıb və lağa qoyulub.
KİV İran və Pakistan arasında faktiki olaraq heç bir toqquşma olmadığını bildirib.
Trampın may ayında Pakistan və Hindistan arasında son gərginliyi nəzərdə tutduğu bildirilib.
Qeyd edək ki, 2017-ci ildə İranın Sistan və Bəluçistan əyalətində Pakistanla sərhəddə sərhəd polisi və silahlı qruplaşma arasında silahlı insident baş vermişdi. Sərhəd polisi və silahlılar arasında baş verən atışma nəticəsində ölənlər və yaralıların olduğu qeyd olunmuşdu.
Bizim.Media

- A-
- A
- A+
Dünya
10:56 / 16.10.2025
Tramp: “İran və Pakistan arasında müharibənin qarşısını almışam” – VİDEO
Hazırda oxunan: Tramp: “İran və Pakistan arasında müharibənin qarşısını almışam” – VİDEO
Hazırda oxunan: Tramp: “İran və Pakistan arasında müharibənin qarşısını almışam” – VİDEO
575557
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.