İsrailli ravvin Türkiyədə məsciddə namaz qıldı - FOTO 

İsrailli ravvin Türkiyədə məsciddə namaz qıldı - FOTO 

Hazırda oxunan: İsrailli ravvin Türkiyədə məsciddə namaz qıldı - FOTO 

57524

İsraildən olan ravvin Yisrael Elbom Türkiyəyə səfəri zamanı İstanbul Elpis qar fırtınasının mərkəzində qalıb.  

Bizim.Media “TRT Haber”ə istinadən xəbər verir ki, Elbom hadisə yerindən təxliyə edilərək məscidə yerləşdirilib.  

Belə ki, fırtına səbəbindən ravvin 12 saat qarlı magistralda maşında qalmağa məcbur olub.

O, digər səyahətçilərlə birlikdə türk hərbçiləri tərəfindən xilas edilərək hava limanı yaxınlığındakı məscidə aparılıb. Ravvin məsciddə gecələyib, namaz qılıb.  

“İnsanlar çox mehriban idilər və bizə kömək etdilər. Gecəni qızdırılan məsciddə keçirdik. Səhər saat 11-də yenidən maşına minib oradan otelə getdik. 25 saata yaxın yolda olduq”, - deyə Ravvin bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO