Rusiya-Ukrayna münaqişəsində azərbaycanəsilli şəxs həlak olub.
Bizim.Media xəbər verir ki, bu barədə Odessada yaşayan jurnalist Anar Natiqoğlu sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, Faiq Faiq oğlu Şofel son illərdə Ukrayna ordusunun hücum-desant bölmələrində kəşfiyyatçı kimi xidmət edib və bir çox əməliyyatlarda iştirak edib.
O, oktyabrın 12-də həyata keçirilən döyüş tapşırığı zamanı həlak olub.
Məlumata görə, onun atası əslən Şirvan şəhərindəndir, anası isə Ukrayna kökənlidir.
Məlumata görə, qəhrəman döyüşçü ilə vida mərasimi oktyabrın 16-da səhər saat 10:00-da Odessadakı "Zabitlər evi"ndə keçiriləcək. Daha sonra dəfn mərasimi şəhər kənarındakı müsəlman qəbiristanlığında baş tutacaq.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:31 / 14.10.2025
Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada HƏLAK OLDU – FOTO/VİDEO
Hazırda oxunan: Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada HƏLAK OLDU – FOTO/VİDEO
Hazırda oxunan: Azərbaycanəsilli kəşfiyyatçı Ukraynada HƏLAK OLDU – FOTO/VİDEO
575221
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.