Türkiyə SOM-J qanadlı raketini sınaqdan keçirdi - VİDEO

Türkiyə SOM-J qanadlı raketini sınaqdan keçirdi - VİDEO

Hazırda oxunan: Türkiyə SOM-J qanadlı raketini sınaqdan keçirdi - VİDEO

575163

Türkiyə TÜBİTAK SAGE və ROKETSAN şirkətlərinin birgə hazırladığı SOM-J tipli kiçəkhəcmli qanadlı raketin döyüş sınaqlarını uğurla həyata keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə görüntülər Telegram kanallarında yer alıb.

Sınaq zamanı raket dəniz səthinə yaxın hündürlükdə (“sea-skimming” rejimində) uçuş icra edib və suüstü hədəfi dəqiqliklə vurub.

SOM-J, həmçinin Türkiyənin F-16 qırıcıları, beşinci nəsil KAAN döyüş təyyarələri, həmçinin zərbə tipli pilotsuz uçuş aparatları üçün nəzərdə tutulub.

Mütəxəssislər qeyd edirlər ki, bu raket Türkiyənin yüksək dəqiqlikli silahların müstəqil istehsalçısı kimi mövqelərini gücləndirəcək və ölkənin Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini artıracaq.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO