Pentaqon: “Rusiyanın Ukraynaya müdaxiləsi qaçılmaz ola bilər”

Pentaqon: “Rusiyanın Ukraynaya müdaxiləsi qaçılmaz ola bilər”

Hazırda oxunan: Pentaqon: “Rusiyanın Ukraynaya müdaxiləsi qaçılmaz ola bilər”

57497

Pentaqonun sözcüsü Con Kirbi prezident Co Baydenin keçən ay təsdiqlədiyi Ukraynaya 200 milyon dollarlıq hərbi yardım paketinin təfərrüatlarını açıqlayıb. 

Bizim.Media “Defense Post”a istinadən xəbər verir ki, yardım paketi yaxın günlərdə Ukraynaya 79 ton hərbi texnikanın, o cümlədən “Javelin” tank əleyhinə raketlərinin çatdırılması ilə bağlıdır. 

Pentaqon rəsmisinin sözlərinə görə hərbi yardım paketinin üçüncü, yəqin ki, sonuncu partiyası bazar günü Kiyevə çatacaq. 

Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, Birləşmiş Ştatlar aylardır Rusiyanın Ukrayna ilə sərhəddəki hərbi birləşmələrini izləyirlər. 

Kirbi ABŞ-ın Avropaya göndərməyə hazırlaşdığı hərbçilərlə yanaşı, digər bölmələrin də yüksək hazırlıq vəziyyətinə gətirildiyini qeyd edib. 

Pentaqonun sözçüsü etiraf edib ki, Rusiyanın Ukraynaya müdaxiləsi “qaçılmaz ola bilər”, lakin ABŞ-ın hərbi yardımının bölgəyə çatması çox uzun vaxt tələb etdiyindən hələlik canlı qüvvə göndərmək təklifindən imtina edilib. 
Kirbi ABŞ-ın artıq Ukraynaya üç hərbi yardımın göndərildiyini və daha çox yardımın göndərilə biləcəyini qeyd edib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO