Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Qəzza zolağı ilə bağlı İsraillə HƏMAS arasında sülh planının birinci mərhələsi üzrə atəşkəs razılaşması əldə olunub.
Razılaşmaya əsasən, təxminən iki min fələstinli məhbusun azadlığa buraxılması müqabilində israilli girovlar azad ediləcək.
HƏMAS da atəşkəs razılaşmasını təsdiqləyib. Qruplaşma eyni zamanda, bəyan edib ki, Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan heç vaxt imtina etməyəcək.
“Biz fələstinlilərin fundamental hüquqlarını qorumaqda davam edəcəyik. Bu razılaşma bölgədə sabitliyə və sülhə doğru mühüm addımdır”, – deyə təşkilatın açıqlamasında vurğulanır.
Razılaşmanın rəsmi elanından dərhal sonra minlərlə Qəzza sakini şəhərə axışaraq müharibənin dayandırılmasını alqışlayıblar.
Xatırladaq ki, bu sülh planı ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb. Planda girovların azad edilməsi, İsrail həbsxanalarındakı çoxsaylı fələstinlinin buraxılması, İsrail ordusunun mərhələli şəkildə Qəzza zolağından çıxarılması və digər məqamlar öz əksini tapıb.
İki ildir davam edən müharibəni nəhayət bitmiş hesab etmək olar?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədov müharibənin tam olaraq bitdiyinə əmin deyil:
“İsrail-HƏMAS qarşıdurması fərqli istiqamətlərdən ibarət problemlərlə bağlı olaraq bir neçə pillələrdən ibarət olub. Hazırkı razılıq girovların azad edilməsi pilləsininin həllini nəzərdə tutur. Digər tərəfdən, aktiv hərbi əməliyyatların dayandırılması burada öz əksini tapıb”.
4 suala hələlik cavab yoxdur...
Həmsöhbətimiz qeyd edir ki, burada əsas vacib məsələ Qəzzanın gələcəyi və HƏMAS-ın oradakı mövcudiyyətilə bağlıdır:
“Son əldə edilən məlumatlardan belə görünür ki, həmin məsələ hələ də öz həllini tapmayıb. Qəzzanın ərazi olaraq silahsızlaşdırılması hansı səviyyədə olacaq, bərpa işləri kim tərəfindən həyata keçiriləcək, gələcək idarəetmə necə formalaşacaq və Qəzzada HƏMAS-ın mövcudiyyəti məsələsi, bu 4 əsas suala hələlik cavab yoxdur. Hazırda ancaq bir məsələ ətrafında razılığın şahidiyik - girovlar buraxılır və hərbi əməliyyatlar dayandırılır”.
Rüfət Sultan, Bizim.Media

- A-
- A
- A+
Dünya
19:30 / 09.10.2025
Qəzza razılaşması müharibəni bitirəcək, yoxsa... – Cavabsız qalan DÖRD SUAL
Hazırda oxunan: Qəzza razılaşması müharibəni bitirəcək, yoxsa... – Cavabsız qalan DÖRD SUAL
Hazırda oxunan: Qəzza razılaşması müharibəni bitirəcək, yoxsa... – Cavabsız qalan DÖRD SUAL
574422
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.