Dünyanın ən güclü orduları siyahısı açıqlandı – Azərbaycan Ermənistanı 34 pillə qabaqladı

Dünyanın ən güclü orduları siyahısı açıqlandı – Azərbaycan Ermənistanı 34 pillə qabaqladı

Hazırda oxunan: Dünyanın ən güclü orduları siyahısı açıqlandı – Azərbaycan Ermənistanı 34 pillə qabaqladı

57401

“Global Fire Power” 2022-ci ilin ən güclü ordularının reytinqini təqdim edib.

Bizim.Media xəbər verir ki, reytinqdə ölkələrin orduları texnoloji üstünlük, maliyyə imkanları, logistika qabiliyyəti, insan gücü və s. kimi 50-dən çox faktora görə sıralanıblar.

ABŞ siyahıda yer alan 140 ölkə arasında 1-ci yerdə qərarlaşıb. 

İkinci və üçüncü yerləri isə müvafiq olaraq Rusiya və Çin tutub. Azərbaycan dünyanın ən güclü orduları arasında 63-cü yeri tutub. Ermənistan 97-ci, Gürcüstan isə 88-ci yerdə qərarlaşıb.

Siyahıda 13-cü pillədə qərarlaşan Türkiyə ordusu dünyanın ən güclü orduları arasında yer alıb. Pakistan 9-cu, İran isə 14-cü olub.

Fransa 7-ci, Böyük Britaniya 8-ci, Almaniya isə 16-cı yerdə qərarlaşıb.

Siyahıda son üç yeri müvafiq olaraq Somali, Kosovo və Butan tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO