ABŞ Ukraynaya 300 “Javelin” raketi göndərdi

ABŞ Ukraynaya 300 “Javelin” raketi göndərdi

Hazırda oxunan: ABŞ Ukraynaya 300 “Javelin” raketi göndərdi

57189

ABŞ-dan Ukraynaya 200 milyon dollar dəyərində təhlükəsizlik yardım paketi çərçivəsində yük daxil olub. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Mənbə qeyd edir ki, üçüncü yardım paketi çərçivəsində Ukrayna sursatlar və 300 ədəd “Javelin” tank əleyhinə raket qurğusu alıb. Keçən həftənin əvvəlində təhlükəsizlik paketinin iki partiyası Ukraynaya gəlib.

Qeyd edək ki, 2022-ci ildə ABŞ-ın müdafiə büdcəsində Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 300 milyon dollar vəsaitin ayrılması nəzərdə tutulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO