Ukrayna sərhədində abu-hava gərrgin olaraq qalmaqdadır. Belə ki, artıq Rusiyanın hücum edəcəyi tarix barədə proqnozlar verilir:
- Əksər kəşfiyyatçılar Ukrayna-Rusiya savaşının bu günlərdə - yanvar ayının son günlərində başlayacağını iddia edirlər.
- Ukraynalı general Akeksandr Pavlyuk “The Times”a müsahibəsində Rusiyanın fevralın 20-də hücuma keçəcəyini bildirib. Pavlyuk bunu Çindəki Qış Olimpiya oyunlarının və Rusiya-Belarus hərbi təlimlərinin həmin tarixdə yekunlaşacağı ilə əsaslandırıb. Yəni, Kreml üçün daha yaxşı hücum fürsəti yoxdur.
Bizim.Media xəbər verir ki, bütün olanların fonunda NATO Gürcüstanda hərbi mövcudluğunu gücləndirməyə start verib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski: “Rusiya sanksiyalara tab gətirəcək”
Xarici KİV-də yayılan informasiyalara münasibət almaq üçün ukraynalı analitik Vladimir Kopçakla əlaqə saxladıq və o, mövzunun geniş şərhə ehtiyac duyduğunu bildirib.
Ukrayna-Rusiya sərhədindən “müharibə qoxusu” gəlirmi sualına isə “Ukrayna ilə Rusiya arasında müharibə başlayıb və 8 ildir ki, davam edir”, - deyə fikrini tamamlayıb.
Bizim.Media