Putin iranlı həmkarını namaza görə 10 dəqiqə gözləməli olub - FOTO

Putin iranlı həmkarını namaza görə 10 dəqiqə gözləməli olub - FOTO

Hazırda oxunan: Putin iranlı həmkarını namaza görə 10 dəqiqə gözləməli olub - FOTO

57128

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkə prezidenti İbrahim Rəisinin Rusiyaya səfəri zamanı rus həmkarı Vladimir Putin tərəfindən hörmətsizcəsinə qarşılanması barədə söz-söhbətlərə münasibət bildirib. 

Bizim.Media xəbər verir ki, o, Rəisinin görüş zamanı namaz qıldığı müddətdə Rusiya liderinin gözləməli olduğunu deyib:

"Bu barədə qarşı tərəfə öncədən xəbər verilmişdi və İran Prezidenti digər otaqda namaz qılarkən V.Putin görüş otağında 10 dəqiqə gözləməli oldu".

Qeyd edək ki, bəzi təhlilçilər V.Putinin iranlı həmkarını diplomatik etiketlərə uyğun olaraq qarşılamamasını, müzakirə masası əvəzinə yemək masasında oturulmasını İrana qarşı təhqir sayırlar.

Oral Mədənçi, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO