Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir

Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir

Hazırda oxunan: Türkiyə və Ukrayna müdafiə sənayesində əməkdaşlığı genişləndirir

5711

Türkiyə Ukrayna ilə müdafiə sənayesi sahəsində əlaqələri daha da genişləndirmək istəyir.

Bizim.Media ''Hüriyyet''ə istinadla xəbər verir ki, bunu  Ukrayna Baş Naziri Denis Smıqal ilə görüşündə türkiyənin Milli Müdafiə naziri Hulusi Akar deyib. 

Türkiyə və Ukrayna arasında müdafiə sənayesi sahəsində işbirliyinə toxunan nazir, bildirb ki, bu əməkdaşlığın daha yüksək səviyyəyə çatması hər iki ölkənin mənafeyinə uyğundur.

Xarici İşlər Naziri Çavuşoğlu da tvitter hesabında Ukrayna baş naziri ilə görüşün səmərəsindən yazıb:

“İkitərəfli ticarət 5 milyard dollara yaxınlaşdı, hədəfimiz 10 milyard dollardır. Sərbəst Ticarət Anlaşması (STA) bu hədəfi asanlaşdıracaq. Enerjidən müdafiə sənayesinə işbirliyimizi daha da genişləndirəcəyik”-deyə Çavuşoğlu əlavə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO