Çin yanvar ayında baş verən iğtişaşlardan sonra Qazaxıstana dəstək və yardım göstərməyə hazırdır.
Bizim.Media Tengrinews.kz saytına istinadən xəbər verir ki, bunu "Mərkəzi Asiya - Çin" onlayn sammitində çıxışı zamanı Çin Xalq Respublikasının sədri Si Szinpin deyib.
“Biz hamımız kənar qüvvələrin regionda rəngli inqilabı ruhlandırmaq, insan haqları bəhanəsi ilə daxili işlərə qarışmaq, xalqlarımızın dinc həyatına xələl gətirmək cəhdlərinə qəti şəkildə qarşıyıq. Qazaxıstanın zorakılığa son qoymaq və vəziyyəti sabitləşdirmək səylərini qonşusu və dostu kimi qətiyyətlə dəstəkləyirik”, - deyə Si Szinpin bildirib.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Çin sammiti keçiriləcək - Hazırlıq davam edir
ÇXR rəhbəri qeyd edib ki, Çin xoşməramlılıq, səmimiyyət, qarşılıqlı fayda və tolerantlıq konsepsiyasına sadiqdir və bundan sonra da Mərkəzi Asiya dövlətləri ilə ən yüksək səviyyədə əlaqələri genişləndirəcək, strateji koordinasiyanı gücləndirəcək: “Mən bundan istifadə etməyi vacib hesab edirəm.
Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin görüşləri və digər dialoq mexanizmləri bizim həmrəyliyimizi və qarşılıqlı etimadı gücləndirir, ümumi inkişaf və firavanlıq naminə qarşılıqlı faydalı əməkdaşlığı dərinləşdirir”.
Bizim.Media