Navalnı terrorçuların və ekstremistlərin reyestrinə daxil edildi - Vəsaitləri dondurulacaq

Navalnı terrorçuların və ekstremistlərin reyestrinə daxil edildi - Vəsaitləri dondurulacaq

Hazırda oxunan: Navalnı terrorçuların və ekstremistlərin reyestrinə daxil edildi - Vəsaitləri dondurulacaq

57053

Rusiya müxalifətinin lideri Aleksey Navalnı terrorizm və ekstremist fəaliyyətlə məşğul olan təşkilatlar və fiziki şəxslər siyahısına daxil edilib. 

Bizim.Media xəbər verir ki, müvafiq qeyd çərşənbə axşamı Rosfinmonitorinq reyestrində peyda olub.

Qanuna əsasən, banklar bu siyahıya daxil olan şəxslərin vəsaitlərini dondurur və onların xidmətini dayandırır.

Siyahıda Navalnıdan başqa, əvvəllər ekstremizm işi üzrə müttəhim olmuş onun ən yaxın tərəfdarları da var.

Lyubov Sobol, vəkil Vyaçeslav Qimadi, Georgi Alburov, Ruslan Şavəddinov reyestrə əlavə edilib.

Yanvarın əvvəlində Navalnının daha iki tərəfdaşı Leonid Volkov və İvan Jdanov artıq Rosfinmonitorinq siyahısına daxil edilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO