İki gündən sonra nadir astronomik hadisə baş verəcək

İki gündən sonra nadir astronomik hadisə baş verəcək

Hazırda oxunan: İki gündən sonra nadir astronomik hadisə baş verəcək

5693

ABŞ-ın Rays Universitetinin astronomları 21 dekabrda Günəş batdıqdan sonra gecə səmasında Yupiter və Saturnun bir-birlərinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

Bizim.Media xəbər verir ki, bu barədə phys.org saytı məlumat yayıb.

Hava şəraiti imkan verərsə, bu nadir astronomik hadisə Yerin hər yerindən müşahidə ediləcək. Bunun üçün ən əlverişli şərtlər isə ekvatora yaxın ərazilərdə olacaq.

Aimlər qeyd ediblər ki, Yupiter və Saturn 2020-ci ilin yayından bir-birlərinə doğru irəliləməyə başlayıblar. 16-25 dekabr tarixlərində bu iki nəhəng arasındakı görünən boşluq bütöv Ayın bir diametrindən az olacaq.

Tədqiqatçılardan biri Patrik Hartiqanın sözlərinə görə, bu planetlər arasındakı yaxınlaşma təxminən 20 ildən bir baş verir.

Lakin orta əsrlərdən bəri onlar bir-birlərinə o qədər yaxınlaşmayıblar. Belə ki, Yupiter və Saturunun bir-birinə minimum yaxınlaşması 1226-cı il martın 4-də baş verib.

Bənzər nadir hadisə növbəti dəfə 2400-cü ildə təkrarlanacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO