ABŞ Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyəcək – SƏBƏBİ AÇIQLANDI

ABŞ Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyəcək – SƏBƏBİ AÇIQLANDI

Hazırda oxunan: ABŞ Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyəcək – SƏBƏBİ AÇIQLANDI

56841

Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ və müttəfiqlərini Moskvanı Ukrayna sərhədləri boyunca kütləvi qoşun toplamasına görə cəzalandırmağa çağırmasına baxmayaraq rəsmi Vaşinqton Rusiyaya qarşı qabaqlayıcı sanksiyalar tətbiq etməyəcək. Dövlət katibi Entoni Blinken bunun səbəbini izah edib. O, ABŞ-ın mövqeyini müdafiə edib. 

Bizim.Media xəbər verir ki, Blinken yanvarın 23-də CNN telekanalında sanksiyalarla bağlı açıqlama verib.

“Söhbət sanksiyalardan gedirsə, bu sanksiyaların məqsədi Rusiyanın təcavüzünün qarşısını almaqdır. Sanksiyalar indi tətbiq olunarsa, çəkindirici təsirini itirəcək. Bizim gördüyümüz hər şey prezident Putinin təsirini nəzərə almağa hesablanıb. Eyni zamanda onu aqressiv hərəkətlərdən çəkindirməkdir”, Blinken bildirib.

Xatırladaq ki, Almaniya kansleri Olaf Şolz Ukraynaya görə Rusiya Federasiyasına qarşı mümkün sanksiyalarda “ehtiyatlı olmağa” çağırıb:

“Qərbin Vladimir Putin hökumətinə qarşı tətbiq edəcəyi bir sıra mümkün sanksiyalar arasında Almaniyanın “Şimal axını 2” qaz kəmərini dayandırmasıdır”.
Şolzun fikrincə, bu, Avropaya qaz nəqlində böhranı daha da gücləndirə və enerji qiymətlərini kəskin artıra bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO