Türkiyə “Bayraktar Akıncı” döyüş PUA-larının tədarükü üçün ilk ixrac müqaviləsini imzaladı

Türkiyə “Bayraktar Akıncı” döyüş PUA-larının tədarükü üçün ilk ixrac müqaviləsini imzaladı

Hazırda oxunan: Türkiyə “Bayraktar Akıncı” döyüş PUA-larının tədarükü üçün ilk ixrac müqaviləsini imzaladı

56767

Türkiyə “Bayraktar Akıncı” döyüş pilotsuz uçan aparatlarının (PUA) ixracına dair ilk müqaviləni imzalayıb. Onun mühərrikləri deyildiyi kimi, Ukrayna tərəfindən tədarük ediləcək. 

Bizim.Media TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü “Baykar Makina” İHA istehsalçısının baş direktoru Haluk Bayraktar məlumat yayıb.

“Bayraktar Akıncı PUA-nın ilk ixrac müqaviləsi bağlandı. Müqavilə üzrə tədarüklər 2023-cü ilə planlaşdırılır”.

Anadolu Ajansi onun sözlərindən sitat gətirib.

“Baykar Makina”nın baş direktoru bu müqavilənin hansı ölkə ilə bağlandığını açıqlamayıb.

Bayraktar həmçinin “Bayraktar TB-2 İHA-ya tələbatın artdığını deyib:

“Onların alınması üçün 16 ölkə ilə müqavilə imzalanıb”.

Ötən il noyabrın 12-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ölkədə iki şirkət - İvçenko-Proqress dövlət müəssisəsi və “Motor Siç” müəssisəsi arasında Türkiyə PUA-ları üçün mühərriklərin tədarükünə dair müqavilə imzaladığını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO