Murayev Britaniya XİN-in onun haqqında dediklərini axmaqlıq adlandırdı

Murayev Britaniya XİN-in onun haqqında dediklərini axmaqlıq adlandırdı

Hazırda oxunan: Murayev Britaniya XİN-in onun haqqında dediklərini axmaqlıq adlandırdı

56752

Ukrayna Ali Radasının keçmiş deputatı Yevgeni Murayev Britaniya Xarici İşlər Nazirliyinin onun “Kreml marionet rejimi”nin lideri ola biləcəyi ilə bağlı məlumatını qeyri-peşəkar adlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi yayıb.

Mənbə qeyd edir ki, bundan əvvəl Britaniya Xarici İşlər Nazirliyi bildirib ki, Rusiya məxfi xidmətləri guya Kiyevdə rusiyayönümlü lideri “yerləşdirməyi” planlaşdırır.

Nazirliyin bəyanatında Ukrayna Ali Radasının keçmiş deputatı Yevgeni Murayevin adı hallanıb.

"Bu, bir növ axmaqlıqdır. Artıq dörd ildir ki, mənə Rusiyaya giriş qadağan edilib. Əgər Rusiyada aktivlərim olsaydı, onlar dondurulacaqdı, baxmayaraq ki, orada heç vaxt heç nəyə malik deyildim. Mənim ölkənin inkişafına fərqli baxışım haqda qeyd etdiyim proqrama baxa bilərsiniz. Ukrayna güclü və suveren dövlət olmalıdır. Ona görə də mənim ruslarla hər hansı ünsiyyətim olduğunu təsəvvür etmək çətindir. Hesab edirəm ki, indi eşitdiyimiz informasiya qeyri-peşəkardır. Ona görə də ümid edirəm ki, məndən üzr istəyəcəklər”.

"Ukrainskya pravda" nəşri onun dediklərindən sitat gətirib.

Britaniya Xarici İşlər Nazirliyinin Murayevlə bağlı bəyanatı Liz Trussın rəhbərliyi altında Britaniya diplomatiyasının iki gün ərzində verdiyi mühakimələrdə ikinci uyğunsuzluqdur:

Cümə günü Sidneydəki Lowy İnstitutunun analitik mərkəzində çıxış edərkən o, Ukraynanın monqollardan tatarlara qədər bir çox işğallardan sağ çıxdığını söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Trussun Ukrayna ilə bağlı açıqlamalarından sonra nazirə diplomu verən təhsil müəssisəsi ilə maraqlanıb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO