Rus turist erməni məbədini batırdı -  FOTO

Rus turist erməni məbədini batırdı - FOTO

Hazırda oxunan: Rus turist erməni məbədini batırdı - FOTO

56667
Rusiya vətəndaşı Maksim Nikitenko Ermənistanda I əsrə aid Qarni məbədinin divarlarını boya ilə batırıb.

Rusiyalı turist aerozol balonu ilə məbədin divarlarına "Dünyada büt heç nədir" sözlərini yazıb. Hadisəni məbədi gəzən digər turistlər görüb və mühafizəyə xəbər veriblər. Rus turist saxlanaraq yerli hüquq-mühafizə orqanlarına təhvil verilib. 

Nikitenko Qarni kəndində polisə ifadə verib. 23 yaşlı oğlan tutduğu əməldə peşman olmadığını bildirib. Onu 5 min rubl (130 dollar) cərimə ediblər. 

Ermənilər hər yerdə Qarni məbədini erməni abidəsi kimi təqdim etsələr də, əslində, abidə Parfiya hakimi Trdat tərəfindən tikilib. Abidənin üzərində yunanca yazılan mətndə məbədin Günəşə həsr edildiyi bildirilir. 

Eradan əvvəl 3-cü əsrdə İranda hakimiyəti ələ keçirmiş Orta Asiya köçəriləri - parfiyalılar Tək Tanrıya ibadət edirdilər və Tanrının rəmzi kimi Günəşi qəbul edirdilər.(ans)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO