Rusiya XİN: “Rusiya heç kimdən, hətta ABŞ-dan belə qorxmur” 

Rusiya XİN: “Rusiya heç kimdən, hətta ABŞ-dan belə qorxmur” 

Hazırda oxunan: Rusiya XİN: “Rusiya heç kimdən, hətta ABŞ-dan belə qorxmur” 

56486

“Rusiya heç kimdən, o cümlədən ABŞ-dan belə qorxmur”. 

Bizim.Media xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Cenevrədəki danışıqlar ərəfəsində verdiyi açıqlamasında deyib. 

Belə ki, Amerikanın CBC telekanalının jurnalistinin Ukraynadakı vəziyyətlə bağlı ünvanladığı sualı cavablandıran Ryabkov "Rusiya Ukraynadan qorxur? Niyə Ukraynadan qorxsun? Biz heç kimdən, hətta ABŞ-dan da qorxmuruq", - deyə bildirib. 

Qeyd edək ki, “CBC” kanalının müxbiri Elena Raffini daha əvvəl özünün tvitter hesabından yazdığı statusda Ryabkovun digər amerikalı həmkarlarının suallarından yayınmağa çalışdığını bildirmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO