“Qazaxıstanda yanvar iğtişaşlarının əsas səbəbi varlıların və kasıbların gəlirləri arasında qəbuledilməz fərq idi”.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev işgüzar dairələrin nümayəndələri ilə görüşündə deyib.
"Varlı və kasıb təbəqə arasındakı uçurum qəbuledilməz həddə çatıb. Sizə yaxşı bəlli olan korrupsiya fonunda gəlirlərdəki bu təbəqələşmə terrorçuların istifadə etdiyi barıt çəlləyində yandırılmış kibrit rolunu oynayıb. Bunun arxasında isə, yaraqlılar və onların arxasında sui-qəsdçilər dayanır”, - deyə prezident bildirib.
O qeyd edib ki, baş verən hadisələr illər boyu yığılıb qalmış problemləri üzə çıxarıb.
"Bu gün bizim qarşımızda bütün ictimai strukturun dərin transformasiyası kimi strateji vəzifə durur. Bizə Qazaxıstan vətəndaşlarının istək və maraqlarına cavab verən real islahatlar lazımdır", - deyə o əlavə edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
11:42 / 21.01.2022
Tokayev iğtişaşların səbəbini AÇIQLADI: “Varlı və kasıb arasındakı uçurum…”
Hazırda oxunan: Tokayev iğtişaşların səbəbini AÇIQLADI: “Varlı və kasıb arasındakı uçurum…”
Hazırda oxunan: Tokayev iğtişaşların səbəbini AÇIQLADI: “Varlı və kasıb arasındakı uçurum…”
56454
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.